Gürcüstanın paytaxtı Tbilisidə Vaxtanq Balavadze və Givi Kartoziyanın xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə "Qran-pri" turniri davam edir.

Bu gün güləşçilərimiz daha iki medal qazanıb. İslam Bazarqanov (57 kq) finalda Gürcüstan təmsilçisi Otari Qoqavaya 4:7 hesabıyla uduzub və gümüş medalı boynundan asıb. Yunan-Roma güləşçimiz Həsən Əliyev (77 kq) isə qırğız Kayratbek Tuqolbayevi 10:1 hesabıyla məğlub edərək bürünc medal əldə edib.