Qəbələ” İdman Klubu UEFA-nın “Həmrəylik proqramı” çərçivəsində ayırdığı 500 avronu xeyriyyəçiliyə sərf edib.

Offsideplus.az-ın məlumatına görə, həmin vəsait “Qəbələ”nin U-15 komandasının üzvü Nuğay Rəşidovun atası, təcili böyrək transplantasiyası əməliyyatı keçirməli olan Yaşar Rəşidova verilib.

Qeyd edək ki, UEFA müxtəlif ölkələrindən olan gənc futbolçulara sosial məsuliyyət anlayışı aşılamaq məqsədi ilə bu cür simvolik ödəmələr həyata keçirir.