"Qalatasaray"ın qadınlardan ibarət komandası Çempionlar Liqasında qrupa düşən ilk türk komandası oldu.
Offsideplus.az xəbər verir ki, qadınlar üzrə Azərbaycan millisinin üzvləri Nazlıcan Parlak və Kristina Bakarandze də bu komandada çıxış edirlər.
Nazlıcan pley-offda "Slavia" komandasına qarşı oyunda (2:1) qola imza atıb və bu qol "Cim-Bom"u ÇL qrupuna aparıb.
Nazlıcanın qolunun videosunu təqdim edirik: