"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo "Qalatasaray"a qarşı oyundan sonra (0:0) fikirlərini bölüşüb. 

Offsideplus.az xəbər verir ki, portuqaliyalı mütəxəssis matç bitəndən sonra oyunun baş hakimi Slavko Viçiçin olduğu hakimlər otağına getməsinin səbəbini açıqlayıb:

"Oyundan sonra hakimlərin otağına getdim, Vinçiçi təbrik elədim. Sonra 4-cü hakimə dönüb dedim ki, "əgər siz olsaydınız, bu matç bir fəlakət olardı. "Qalatasaray"da belə bir bacarıq var. Məsələn, 18 yaşlı futbolçumuz var. Türkiyə üçün möhtəşəm bir oyunçu olacaq gələcəkdə. İlk dəqiqədən ona sarı vərəqə aldırmağa çalışdılar. Mentalitetləri budur. Burdakı atmosfer bu şəkildədir. Lakin hakimi təbrik edirəm. Həqiqətən də oyunu bu meşə kimi yerdə çox yaxşı idarə etdi. Çox yaxşı performans sərgilədi".