Türkiyə Super Liqasının XVI turu çərçivəsində baş tutan "Fənərbağça"-"Başakşehir" oyun zamanı "sarı-lacivərtlilər"in zədələnən 3 futbolçusunun vəziyyətinə aydınlıq gəlib.
Offsideplus.az xəbər verir ki, Rodriqo Bekao, Dominik Livakoviç və Oğuz Aydının zədə diaqnozları müəyyənləşib.
Bekaonun sağ ön diz bağlarında yırtıq aşkarlanıb.
Livakoviç və Oğuzda isə sağ arxa əzələdə yırtıq və qanama müəyyən edilib.
Futbolçuların müalicəsinə başlanılıb.