"Trabzonspor" ulduz futbolçunu heyətinə cəlb etmək istəyir.
Offsideplus.az xəbər verir ki, Qara dəniz təmsilçisi "Fulhem"in oyunçusu Adama Traoreni transfer etmək niyyətindədir. Bu barədə "A Spor" məlumat yayıb.
28 yaşlı futbolçunun mövsümün sonunda müqaviləsi başa çatacaq.
Qeyd edək ki, Traore 2024/25 mövsümündə "Fulhem" forması ilə meydana çıxdığı 15 matçda 1 qola, 3 məhsuldar ötürməyə imza atıb.