"Beşiktaş"ın sabiq qapıçısı Loris Karius karyerası ilə bağlı açıqlamasında İstanbul klubu ilə yaşanan arzuolunmaz halı da dilə gətirib.

Offsideplus.az xəbər verir ki, bu barədə "Hürriyyet" məlumat yayıb. Qolkiper bunları söyləyib:

"Çempionlar Liqasının finalından sonra "Liverpul"dan ayrıldım və tale məni həqiqətən də təlatümlü bir vaxtda Türkiyəyə apardı. Onsuz da həssas olduğum bir vaxtda çox şey baş verirdi. Klubda çox xaos var idi. Beş-altı ay maaş almadım və klubu məhkəməyə vermək məcburiyyətində qaldım".

Qeyd edək ki, 2020-ci ildə "Beşiktaş"dan " Liverpul" a qayıdan Karius ötən yay "Union Berlin" və "Nyukasl Yunayted"də oynadıqdan sonra klubsuz qalıb.