Məlum olduğu kimi, bir müddət öncə "Turan Tovuz" və Futbolun İnkişaf Fondu (FİF) kluba avtobus alınması üçün "Turan 100k" layihəsinə start verib.
Offsideplus.az xəbər verir ki, sözügedən layihə ilə bağlı əslən Tovuzdan olan məşhur müğənni Şəbnəm Tovuzlunun bölgə təmsilçisi üçün ianə edib-etməməyini öyrənmək üçün onunla əlaqə saxladıq. O, bu məsələ ilə bağlı saytımıza bunları dedi:
"Mən futbolla maraqlanmıram, xanımam. O qədər milyoner kişilərimiz var ki... Mənə denən yetimə, şəhid ailəsinə əl tutmaq lazımdır, bu işdə öz kömək əlimi uzadım".
Qeyd edək ki, FİF sözügedən layihəni Misli Premyer Liqasının digər təmsilçisi "Kəpəz" üçün də təşklil edib. Azarkeşlər 30 illik yubileyini qeyd edən Azərbaycanın ilk rəsmi peşəkar futbol klubu olan “Turan Tovuz”a dəstək məqsədilə ianə edərkən aldıqları piksellərə öz şəkillərini yerləşdirə bilər. İanəçilərin fotoları klubun avtobusunun üzərində yer alacaq və stadionun ərazisindəki lövhədə əksini tapacaq.