İngiltərənin "Mançester Yunayted" klubu 2026-cı ildə heyətinə iki yeni yarımmüdafiəçi qatmağı planlaşdırır.

Offsideplus.az xəbər verir ki, klub rəhbərliyi artıq 6 nəfərlik potensial transfer siyahısı müəyyən edib. Siyahıda bu futbolçular yer alır:

  • Karlos Baleba

  • Elliot Anderson

  • Adam Vorton

  • Anjelo Stiller

  • Konor Qallaqer

  • Andrey Santos

“Qırmızı şeytanlar”ın bu addımı komandanın orta xəttini gücləndirmək və uzunmüddətli planlarını möhkəmləndirmək məqsədi daşıyır.