Mateus Kunya transferində xoşbəxt sona yaxın olan "Mançester Yunayted" hücum xəttinə daha bir oyunçu transfer etmək istəyir.
Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar" "Brentford"un futbolçusu Brian Mbemo üçün mübarizəyə qoşulmağa hazırdır. "Mankunianlar"ın baş məşqçisi Ruben Amorim Kunyanı daha geridə Mbemonu isə forvard kimi oynatmağı planlaşdırır.
Kamerunlu hücumçunun transfer dəyəri 60 milyon funt-sterlinqdir. Onunla Premyer Liqadan başqa klublar da maraqlanır.
Bu barədə "Telegraph" nəşri məlumat yayıb.
Mbemo 2020-ci ildən "Brentford"da çıxış edir. O, cari mövsüm Premyer Liqada 34 oyunda 18 qol vurmağı bacarıb.