"Vest Hem" klubu Maykl Antonionun klubdakı gələcəyi barədə qərar verib.

Offsideplus.az xəbər verir ki, ingilis futbolçu bir müddət əvvəl London yaxınlığında avtomobil qəzasına uğramış və ayağı sınmışdı. Klub müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq Mayklla yeni sözləşmə imzalayacaq. 

Belə ki, İngiltərə klubu ayağı sınan oyunçusunun əməliyyat və sağalma xərclərini ödəmək üçün bu addımı atıb.