"Mançester Yunayted"də qolkiper Altay Bayındırla baş məşqçi Erik ten Haq arasında yaşanan böhran bir çox futbolçuya mənfi təsir edib.

Offsideplus.az "Football İnsider"ə istinadən xəbər verir ki, türkiyəli qapçının transferindən sonra niderlandlı baş məşqçi onunla ünsiyyət qurmayıb. Bir müddətdir ki, ikili arasında anlaşılmazlıq hökm sürür. Mənbə bu hadisələrin futbolçular arasında paltardəyişmə otağında iğtişaş mühiti yaratdığını da qeyd edib.