"Sabah" klubunda müqavilə müddəti bitən futbolçular ən azı mövsümün sonunadək komandada qalacaqlar.
Offsideplus.az xəbər verir ki, belə oyunçuların sayı 6 nəfərdir. Bunlar qapıçı Saşa Stamenkoviç, müdafiəçilər Kərim Diniyevlə Məqsəd İsayev, yarımmüdafiəçi Vadim Abdullayev və hücumçular Ramil Şeydayevlə Xulio Sezar Rodrigezdir. Futbolçularla bir müddət öncə müvafiq razılıq əldə olunub.
Qeyd edək ki, AFFA Azərbaycan Premyer Liqasının iyunun 21-də bərpa olunacağını açıqlayıb.