Misli Premyer Liqasının IX turunda "Kəpəz" Qəbələdə "İmişli"ni qəbul edib.

Offsideplus.az xəbər verir ki, görüşün ilk hissəsində "Kəpəz" azlıqda qalıb.

Qapıçı Məmməd Hüseynov komandasını meydanda 10 nəfər saxlayıb.

"İmişli" fasiləyə az qalmış hesab açmağı bacarıb.

Jorj Kaşkilya yetirmələri fasilədən sonra daha iki qol vuraraq görüşdən qələbə ilə ayrılıb - 3:0.

Onlar bu oyundan sonra xalını 12-yə yüksəldib. "Kəpəz" isə 3 xalda qalıb. 


Misli Premyer Liqası, IX tur

24 oktyabr (cümə)

17:00 “Kəpəz” – “İmişli” 0:3 

Qol: Luis Silvestr, 45+3, Dioqo Almeyda, 60, Xəzər Mahmudov, 85.

Qırmızı vərəqə: 28' Məmməd Hüseynov ("Kəpəz")

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, İslam Məmmədov

VAR: Cavid Cəlilov

AVAR: Müslüm Əliyev

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: Eldar Məmmədov

Qəbələ şəhər stadionu