Misli Premyer Liqasında IX tura bu gün start verilib.

Offsideplus.az xəbər verir ki, açılış matçında "Karvan-Yevlax" "Turan Tovuz"u qəbul edib.

Görüş Şamaxı şəhər stadionunda baş tutub.

Oyunda hesabı Yevlax təmsilçisi açıb. Kurban Berdıyevin yetirmələri iki dəqiqə sonra hesabları bərabərləşdirib.

Altı dəqiqə sonra Roberto Olabe Tovuz klubuna mövsümdə 6-cı qələbəni gətirib.

Onlar 18 xalla yenidən 1-ci pilləyə yüksəliblər. "Karvan-Yevlax" isə 5 xalla 10-cu yerdədir.

Misli Premyer Liqası, IX tur

24 oktyabr (cümə)

14:30 “Karvan-Yevlax”– “Turan Tovuz” 1:2 

Qol: Şakil Sno, 69 - Alexandro Serrano, 71, Roberto Olabe, 77

“Karvan-Yevlax”: 1. Kamran İbrahimov, 7. Araz Abdullayev, 32. Elvin Yunuszadə (k), 6. Vadim Abdullayev, 33. Eltun Turabov, 18. Süleyman Əhmədov, 20. Coy Sleyd Mikels, 2. Şakil Sno, 11. Kayl Spens, 19. Tompson Qavi, 21. İmani Barker.

Baş məşqçi: Azər Həşimov.

“Turan Tovuz”: 1. Oleq Baklov, 17. Rəhim Sadıxov, 5. Roderik Miller, 3. Enrike Silva, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe, 21. Aleks Souza.

Baş məşqçi: Kurban Berdıyev.

Hakimlər: Elvin Bayramov, Şirmamed Mamedov, Kərim Zeynalov, Əli Əliyev

VAR: Əliyar Ağayev

AVAR: Teymur Teymurov

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Nəriman Axundov

Şamaxı şəhər stadionu