UEFA Çempionlar Liqasının liqa mərhələsinin III turu üzrə "Atletik" - "Qarabağ" oyunundan əvvəl Ağdam təmsilçisinə qarşı təxribat törədilib.
Offsideplus.az Komanda.az-a istinadən xəbər verir ki, matçdan əvvəl erməni diasporu Bilbao şəhərinin küçələrində Qarabağla bağlı yazılar olan kağız vərəqlərini müxtəlif yerlərə yapışdırıblar.
Qeyd edək ki, sözügedən matç oktyabrın 22-i, Bakı vaxtı ilə saat 20:45-də baş tutacaq.
Fotoları təqdim edirik:






