Misli Premyer Liqasında bir ildən sonra üç oyunda heç-heçə qeydə alınıb.
Offsideplus.az. xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Eyni turda üç bərabərliyin qeydə alınmasına sonuncu dəfə ötən mövsümün XIV turunda təsadüf olunmuşdu.
35 tur əvvəl – ötən ilin noyabrında “Səbail” – “Kəpəz” və “Sumqayıt” – “Zirə” qarşılaşmaları qolsuz, “Neftçi” – “Araz-Naxçıvan” görüşü 1:1 hesabı ilə yekunlaşıb.
Cari mövsümün isə XIII turu "sülhsevərliyi" ilə yadda qalıb. Beş oyundan üçündə heç-heçə qeydə alınıb. “Neftçi” – “Şamaxı” və “Sabah” – “Kəpəz” matçları 2:2, “Səbail” – “Turan Tovuz” qarşılaşması 1:1 hesabı ilə nəticələnib.