“Sabah” Misli Premyer Liqasında növbəti ev matçını “Araz-Naxçıvan”a qarşı keçirəcək.
Offsideplus.az xəbər verir ki, oyunun biletləri artıq satışdadır.
Biletləri bu gündən etibarən onlayn şəkildə “iticket.az” saytından, həmçinin oyun günü “Bank Respublika Arena”nın kassalarından əldə edə bilərsiniz.
Qeyd edək ki, “Sabah” – “Araz-Naxçıvan” oyunu oktyabrın 5-də, saat 19:30-da “Bank Respublika Arena”da keçiriləcək.