DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Ukrayna - Azərbaycan oyunu öncəsi baş tutacaq mətbuat konfranslarının vaxtı bəlli olub. 

Offsideplus.az xəbər verir ki, matç oktyabrın 13-də, Polşanın Krakov şəhərindəki “Krakoviya” stadionunda oynanılacaq. 

Ukrayna - Azərbaycan: Açıq məşq və mətbuat konfransı

12 oktyabr

 

Ukrayna milli komandası

19:30. Mətbuat konfransı

20:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

 

Azərbaycan milli komandası

21:30. Mətbuat konfransı

22:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

 

Qeyd: tədbirlərin başlanma saatı Bakı vaxtı ilə göstərilib.