19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Özbəkistanda təlim-məşq toplanışı davam edir.

Offsideplus.az xəbər verir ki, yığmamız bu gün ilk yoxlama oyununa çıxıb. Milli komanda Özbəkistanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb və 0:0 hesablı heç-heçə edib. 

Daşkənd şəhərinin Dustlik viləyətinin eyniadlı stadionunda keçirilən görüş Bakı vaxtı ilə saat 15:00-da start götürüb.