"Real"ın baş məşqçisi Karlo Ançelotti Arda Gülerin komandadan mümkün gedişinə münasibət bildirib. 

Offsideplus.az xəbər verir ki, italiyalı mütəxəssis bu sözləri deyib:

"Endrik də qalacaq, Arda da. Yanvarda getməyəcəklər. Onlar daha çox oyun keçirə bilərlər, düzdür. Lakin heç birinə qarşı qərəzim yoxdur".