"Barselona" La Liqa ilə yeni maliyyə planı ilə razılaşa bilmir.

Offsideplus.az "Diario Sport"a isitinadən xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi bir neçə həftədir ki, maliyyə feyr-pley məsələsini həll etmək üçün La Liqa təmsilçiləri ilə razılığa gəlməyə cəhd edir.

Klubun xərcləri gəlirlərini xeyli üstələyir və buna görə də "Barsa"ya bir sıra məhdudiyyətlər qoyulub. Kataloniya təmsilçisi xərclərini ən azı 200 milyon avro azaltmalıdır (bəzi mənbələr 350 milyon məbləğində məlumat verir). Klub rəsmiləri bilirlər ki, bu tələbləri yerinə yetirmək çətin olacaq, ona görə də problemin həllini tapmaq ümidi ilə La Liqa rəhbərliyi ilə danışıqlara başlayıblar.

Səslənən müxtəlif variantlar arasında üç il ərzində xərclərin azaldılması da var idi, lakin tərəflər razılığa gələ bilməyiblər. Qarşı tərəf "Barsa" üçün tələbləri yerinə yetirməyin çox çətin olacağına inanır.

Bu məhdudiyyətlər katalonların Qavi, Ronald Arauxo və Serji Robertonu yeni mövsüm üçün qeydiyyatdan keçirməsinə mane olur. Bu, həm də yay transferlərinin həyata keçirilməsinə əngəl ola bilər. 

Klubun Lionel Messi, İlkay Gündoğan və İniqo Martinesi almaq niyyətində olduğu bildirilib.