"Barselona"nın sabiq hücumçusu Lionel Messi Kataloniya klubundan ödənişlərini almağa davam edir.
Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, klub argentinali forvarda sonuncu çıxış etdiyi mövsümdən qalan məvacibini ödəyir. Mənbəyə görə, bu mövsümün sonu bütün borc bitəcək.
Qeyd edək ki, "Leo" 2023-cü ilin yayından MLS təmsilçisi "İnter Mayami"də çıxış edir.