Misli Premyer Liqasının 17-ci turu çərçivəsində keçirilən “Sumqayıt” – “Səbail” (2:0) qarşılaşması "Sumqayıt"ın oyunçusu Nihad Əhmədzadə üçün əlamətdar olub.
Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Sumqayıt” Futbol Akademiyasının yetirməsi olan yarımmüdafiəçi 16 yaş 144 günlüyündə sözügedən matçın 80-ci dəqiqəsində Todor Todoroskinin əvəzinə meydana daxil olmaqla Azərbaycan çempionatlarında debüt edib. Nihad, həmçinin cari mövsümdə Premyer Liqada meydana çıxan ən gənc futbolçu ünvanına sahib çıxıb.
Xatırladaq ki, "Sumqayıt" tarixində Nihad Əhmədzadədən öncə Səbuhi və Rüfət Abdullazadələr də ən gənc futbolçu ünvanına sahib çıxıblar. Daha öncə 2017/2018 mövsümündə Səbuhi Abdullazadə debüt etməklə Premyer Liqanın tarixinə düşmüşdü (15 yaş).


