"Portu" "Fənərbağça"nın futbolçusu Migel Kresponu heyətinə qatmaq istəyir.
Offsideplus.az "Takvim"ə istinadən xəbər verir ki, Portuqaliya klubu mövsümün sonunda 25 yaşlı yarımmüdafiəçiyə təklif göndərəcək."Sarı-lacivərtlilər" bu səbəbdən oyunçunun qiymətini artıracaq. Onun İstanbul təmsilçisi ilə sözləşməsi 2024-cü ildə yekunlaşır.
Onunla İspaniyanın "Atletiko" klubu da ciddi şəkildə maraqlanır.
Qeyd edək ki, portuqaliyalı futbolçu bu mövsüm "Fənər"in heyətində 22 matçda 1 qol və 2 məhsuldar ötürmə edib.