K-1 döyüş növü üzrə dünyada “Mauqli” ləqəbi ilə tanınan idmançımız Zabit Səmədov apreldə növbəti döyüşünə çıxacaq.
Offsideplus.az xəbər verir ki, Britaniyadan olan kikboksçu Ceyms Maksuini İzmirdə Beynəlxalq Qarışıq Döyüş növləri üzrə çempionatda həmyerlimizə meydan oxuyub.
Zabit Səmədovun ona cavabı isə bütün zalı coşdurub.
Zabit “Azərbaycan - Türkiyə - iki dövlət, bir millət” şüarını səsləndirib. Daha sonra azarkeşlərə söz verən idmançı “Bu şəxsin kim olduğunu bilmirəm, amma qarşılaşmada çox pis vəziyyətdə məğlub olacaq” deyib.
Əsgərlərə də səbir və güc arzulayan idmançı bu sözləri ilə izləyicilərin bir daha rəğbətini qazanıb. O, daha sonra pərt vəziyyətdə rinqi tərk edən rəqibini nəzərdə tutaraq “bunun kimi çempionları biz çox görmüşük” deyib.
Qeyd edək ki, Zabit Səmədov ingilis döyüşçünün çağırışına cavab verib. Aprel ayında Almaniyada onlar arasında görüş olması planlaşdırılır.
oxu.az