Kempo karate növü üzrə ölkəmizi təmsil edən idmançılar Moskvada keçirilən dünya çempionatında uğurla iştirak ediblər.

Offsideplus.az xəbər verir ki, dünya çempionatında müxtəlif yaş qrupundan olan idmançılar qüvvələrini sınayıb. Yarışa 15 ölkədən 200-dən çox idmançı qatılıb.

Azərbaycan komandasından Jasmin Xəlilova bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Fərəh Novruzzadə və Nihat Əhmədli isə üçüncü yerə layiq görülüb.