UFC təşkilatçılığı altında orta ağır çəki dərəcəsində çıxış edən 27 yaşlı peşəkar döyüşçü Yan Harri Şavkat Rəhmonovla döyüşə niyə razı olmasından və gələcək planlarından danışıb.

Offsideplus.az xəbər verir ki, bu barədə "MMA Junkie" məlumat yayıb. İrlandiyalı döyüşçü bunları söyləyib:

"Bütün dünya bilir ki, mən həyəcanı sevən qumarbazam. Mənə hörmətdən başqa bir şey göstərmədilər, çünki bu döyüşü götürmək öhdəliyim yox idi. Gələn həftəyə planlaşdırılan başqa döyüşüm var idi. Bölmənin ən havalı adamı kimi mən bu fürsəti gördüm və düşündüm: Bilirsən nə var? Qoy bunu edim.

Risk və mükafat nisbəti hər şeydən yaxşıdır... Belə olan halda titul qazanmaq şansım var".