Bu gün Paris-2024 Yay Olimpiya Oyunlarının cüdo yarışlarına start verilib.
Offsideplus.az xəbər verir ki, ilk gündə iki çəki dərəcəsində mükafatçılar bəlli olacaq.
Kişilər 60 kq, qadınlar 48 kq çəkidə mübarizə aparıb. Azərbaycan millisinin iki cüdoçusu da tatamiyə çıxıb.
27 iyul
Cüdo
Kişilər
60 kq
İlk mərhələdən azad olan Balabəy Ağayev Olimpiadaya 1/8 finaldan start verib. O, Simon Zulu (Zambiya) - Von Jin Kimlə (Cənubi Koreya) qarşılaşıb. Azərbaycanlı döyüşdə uduzaraq mübarizəni dayandırıb.
Qadınlar
48 kq
Leyla Əliyeva mübarizəyə 1/16 finaldan başlayıb. Xalimojon Kurbonova (Özbəkistan) ilə qarşılaşan cüdoçumuz məğlub olub və Olimpiada ilə vidalaşıb
Qeyd edək ki, cüdo yığmamız Paris-2024-də 9 idmançı ilə təmsil olunur.