Azərbaycan cüdoçusu Zelim Kotsoyev Fransanın Monpelye şəhərində keçirilən Avropa çempionatının son günündə finala vəsiqə qazanıb.

Offsideplus.az xəbər verir ki, 100 kq çəki dərəcəsində yer alan idmançı yarımfinalda Beynəlxalq Cüdo Federasiyasının (İJF) bayrağı altında çıxış edən Matvey Kanikovskiyə qalib gəlib.

Z.Kotsoyev həlledici görüşdə gürcüstanlı İlya Sulamanidze ilə üz-üzə gəlib. İdmançımız rəqibini məğlub edərək, qızıl medal qazanıb.