Azərbaycan cüdoçuları Qazaxıstanın Aktau şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışını yekunlaşdırıblar.

Offsideplus.az xəbər verir ki, yerli yığma ilə birlikdə təşkil olunan hazırlıq prosesinə 100-ə yaxın idmançı qatılıb.

Təlim-məşq toplanışında millimizin 9 üzvü yer alıb. Onlara yığmanın böyük məşqçisi Mehman Əzizov və böyük performans analitiki Zaur Babayev rəhbərlik ediblər.

Toplanış 17-19 noyabrda keçiriləcək 23 yaşadək cüdoçular arasında Avropa çempionatına hazırlıq məqsədi daşıyıb.