Azərbaycan cüdo yığmasının Bakıda təşkil ediləcək “Böyük Dəbilqə” turniri üçün heyəti açıqlanıb.
Offsideplus.az xəbər verir ki, yığmamız yarışda 31 idmançı ilə təmsil olunacaq.
Onlardan 24-ü kişi, 7-si isə qadın cüdoçudur.
Kişilər: Balabəy Ağayev, Nazir Talıbov, Rövşən Əliyev, Əhməd Yusifov (hamısı 60 kq), Yaşar Nəcəfov, Kamran Süleymanov, Ruslan Paşayev (hamısı 66 kq), Hidayət Heydərov, Rəşid Məmmədəliyev, Nurlan Osmanov, Telman Vəliyev (hamısı 73 kq), Zelim Tçkayev, Məhərrəm İmamverdiyev, Məmmədrza Hacızadə (hamısı 81 kq), Murad Fətiyev, Elcan Hacıyev, Musa Hüseynli, Əjdar Bağırov (hamısı 90 kq), Zelim Kotsoyev, Ruslan Nəsirli (hər ikisi 100 kq), Uşanqi Kokauri, Camal Qəmzətxanov, İmran Yusifov, Ramazan Əhmədov (hamısı +100 kq).
Qadınlar: Leyla Əliyeva, Şəfəq Həmidova, Ramilə Əliyeva (hamısı 48 kq), Gültac Məmmədəliyeva (52 kq), Nərgiz Hacıyeva (57 kq), Günel Həsənli, Südabə Ağayeva (hər ikisi 70 kq).
Qeyd edək ki, sentyabrın 22-24-ü aralığında baş tutacaq “Böyük Dəbilqə” üçün hələlik 66 ölkədən 464 idmançı qeydiyyatdan keçib.