Rusiya və Belarusdan olan 209 güləşçi Serbiyanın paytaxtı Belqradda təşkil olunacaq dünya çempionatında iştirak edə biləcək.
Offsideplus.az xəbər verir ki, bu barədə Dünya Güləş Birliyinin (UWW) rəsmi saytı məlumat yayıb.
UWW hər iki ölkədən ümumilikdə 235 idmançının müraciət etdiyini bildirib, lakin 26 nəfər silahlı qüvvələr və təhlükəsizlik orqanlarına üzvlük səbəbindən rədd cavabı alıblar.
Qeyd edək ki, Rusiya və Belarus güləşçiləri sentyabrın 16-dan 24-dək davam edəcək dünya çempionatında neytral idmançı kimi mübarizə aparacaqlar. Onlar qızıl medal qazansa, ölkələrin himnləri səsləndirilməyəcək.