Cüdoçumuz Səid Mollayi Türkiyənin Antalya şəhərində keçirilən “Böyük Dəbilqə” turnirində gümüş medal qazanıb.
Offsideplus.az xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən idmançı finalda Mattias Kassenə (Belçika) məğlub olub.
73 kq-dakı Hidayət Heydərov bürünc medala sahib çıxıb. O, üçüncü yer uğrunda görüşdə komanda yoldaşı Nurlan Osmanova qalib gəlib.
Yarışa aprelin 2-də yekun vurulacaq. İlk gündə Azərbaycan təmsilçiləri medal qazana bilməyiblər.