Cüdoçularımız 31 mart – 2 aprel tarixlərində Türkiyənin Antalya şəhərində keçiriləcək Böyük Dəbilqə turnirində iştirak edəcəklər.
Offsideplus.az xəbər verir ki, 3 gün davam edəcək turnirdə 85 ölkədən 600-dən çox idmançı medallar uğrunda mübarizə aparacaq. Azərbaycan cüdo üzrə milli yığma komandası yarışda 9 çəki dərəsində 12 kişi və 4 qadın ilə təmsil olunacaq.
Cüdoçular performans direktoru Mark van der Ham, böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyüklərdən ibarət yığmanın böyük məşqçi Elçin İsmayılov, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və böyük performans analitik Zaur Babayevin rəhbərliyi altında çıxış edəcək.
Qadınlar
-48 kq.
Leyla Əliyeva
Könül Əliyeva
-52 kq.
Gültac Məmmədəliyeva
-57 kq.
Fidan Əlizadə
Kişilər
-60 kq.
Kəramət Hüseynov
Nazir Talıbov
-66 kq.
Orxan Səfərov
Yaşar Nəcəfov
-73 kq.
Hidayət Heydərov
Nurlan Osmanov
-81 kq.
Səid Mollayi
Zelim Tçkayev
-90 kq.
Məmmədəli Mehdiyev
Murad Fətiyev
+100 kq.
Uşanqi Kokauri
Camal Qamzatxanov