Estoniyanın paytaxtı Tallində keçirilən qılıncoyntma üzrə yeniyetmə və gənclərin Avropa çempionatı başa çatıb.

Offsideplus.az xəbər verir ki, son yarış günündə gənc qız şpaqaçılar və gənc oğlan sablyaçların komanda yarışında qaliblər müəyyənləşib.

Xədicə Həsənli, Nazilə Rəhimova, Azərin İdriszadə və Aynur Quliyevadan ibarət şpaqa üzrə millimiz ilk görüşdə Finlandiya yığmasına 45:28 hesabı ilə qalib gəlsə də, ən güclü 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə İsraili təmsil edən seçmə kollektivə 29:45 hesabı ilə uduzub.

Murad Əkbərov, Maqsud Hüseynli, Saleh Məmmədov və Ayxan Xasıyevdən ibarət sablya üzrə komandamız ilk görüşdə Macarıstan yığmasına 31:45 hesabı ilə uduzub.