Cüdoçularımız İsrailin Təl-Əvivdə keçirilən Böyük Dəbilqə turnirində ikinci günü medalsız başa vurublar.
Offsideplus.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən Nurlan Osmanov 1/32 finalda Gürcüstan təmsilçisi Mixeili Baxbaxaşviliyə uduzub.
81 kq-dakı Rüstəm Orucov 1/16 finalda Monqolustandan olan Bolor-Oçir Gereltuyaya məğlub olub. Eyni çəkidəki Zelim Tçkayev onun həmyerlisi Batbold Bulqan və israilli İftaç Badaşa qalib gəlsə də, 1/4 finalda italiyalı Antonio Espositoya, təsəlliverici görüşdə isə portuqaliyalı Joau Fernanduya yenilib.
Qeyd edək ki, yarışın ilk günündə Orxan Səfərov (66 kq) gümüş medala sahib çıxıb. Böyük Dəbilqə fevralın 18-də başa çatacaq.