Azərbaycan yığması Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə" turnirində mübarizəni başa vurub.
Offsideplus.az xəbər verir ki, təmsilçilərimiz yarışda ümumilikdə 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıblar.
Son medalı Zelim Kotsoyev əldə edib. O, dəsti bürünclə tamamlayıb.
Gənclər arasında Avropa və dünya çempionu olan 25 yaşlı idmançı 100 kq çəki dərəcəsində fəxri kürsüyə qalxıb. Sedrik Olivar (Fransa) və Mərt Şişmanlar (Türkiyə) üzərində qələbədən sonra 1/4 finalda Cafar Kostoyevə (Birləşmiş Ərəb Əmirlikləri) məğlub olan Kotsoyev təsəlliverici dueldə özbəkistanlı Musafferbek Turoboyev, bürünc medal görüşündə isə belçikalı Toma Nikiforovdan güclü olub.
Qeyd edək ki, Böyük Dəbilqənin ilk günündə Balabəy Ağayev (60 kq) qızıl, bu gün isə Murad Fətiyev (90 kq) gümüş medala yiyələnib.