Bu gün Fransanın paytaxtı Parisdə cüdo üzrə "Böyük Dəbilqə" turniri başlayacaq.
Offsideplus.az xəbər verir ki, ilk gündə Azərbaycanın üç cüdoçusu mübarizə aparacaq. Kişilərin 60 kq çəki dərəcəsində çıxış edən Balabəy Ağayev 1/16 final mərhələsində Matteus Takaki (Braziliya) - Petros Çristodoulides (Kipr) cütünün qalibi ilə üz-üzə gələcək.
66 kq-da yer alan Yaşar Nəcəfov eyni mərhələdə An Cehonq (Cənubi Koreya) - Cerard Kadet (Haiti) duelinin güclüsü ilə qarşılaşacaq.
73 kq çəkidəki Nurlan Osmanov 1/32 finalda İdo Levinlə (İsrail) münasibətlərə aydınlıq gətirəcək.
Qeyd edək ki, "Böyük Dəbilqə"yə fevralın 5-də yekun vurulacaq.