Bakıda keçirilən yunan-Roma güləşi üzrə dünya kubokunda üçüncülük görüşü baş tutub.

Offsideplus.az xəbər verir ki, bürünc medal uğrunda matçda Türkiyə və dünya yığması qarşılaşıb.

Görüş dünya yığmasının qələbəsi ilə başa çatıb. Ümumi hesab 5:5 olsa da, dünya yığmasının üzvlərindən biri tuşe ilə qalib gəldiyi üçün komanda bürünc medal qazanıb.

Yunan-Roma güləşi üzrə Dünya Kuboku
Üçüncü yer uğrunda görüş

55 kq
Muhammed Emin Çakır - Nuqzari Tsurtsumia - 7:10

60 kq
Mükremin Aktaş - Aidos Sultanqali - 1:7

63 kq
Ahmet Uyar - Leri Abduladze - 1:3

67 kq
Murat Fırat - Coni Xetsuriani - 1:1 (sonuncu xal prinsipi ilə türk güləşçi qalib gəlib)

72 kq
Selçuq Can - Andrii Kulik - 3:4 (Ukrayna təmsilçisi tuşe ilə qələbə qazanıb)

77 kq
Yunus Emre Başar - Zoltan Levay - 7:6

82 kq
Burhan Akbudak - Jalqasbay Berdimuratov - 8:5

87 kq
Ali Cengiz - Aleks Kessidis - 4:2

97 kq
Metehan Başar - Nikoloz Kaxelaşvili - 1:1 (Sonuncu xal prinsipi ilə gürcü idmançı qalib gəlib)

130 kq
Fatih Bozkurt - Mantas Knistaustas - 4:1