Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadası başa çatıb.

Offsideplus.az xəbər verir ki, kişi və qadınlardan ibarət Azərbaycan millisi sonuncu görüşlərin keçirib. Medal qazanmaq şansını saxlayan qadın millimiz son turda Gürcüstana 1:3 hesabı ilə məğlub olub. Bu nəticədən sonra Azərbaycan 16 xalla yarışı 8-ci pillədə bitirib. Turnirin qalibi isə 18 xalla Ukrayna yığması olub.

Kişi millimiz isə Serbiyaya 2,5:1,5 hesabı ilə qalib gəlib. Burada isə Özbəkistan Olimpiadanın qalibi olub.

Qadınlar

Azərbaycan – Gürcüstan 1:3

Günay Məmmədzadə – Nana Dzaqnidze - 0,5:0,5

Xanım Balacayeva – Nino Batsiaşvili - 0:1

Gövhər Beydullayeva – Lela Cavaxişvili - 0,5:0,5

Ülviyyə Fətəliyeva – Meri Arabidze - 0:1

Kişilər

Azərbaycan – Serbiya - 2,5:1,5

Şəhriyar Məmmədyarov – Aleksandar İndyiç - 1:0

Rauf Məmmədov – Velimir İviç - 0,5:0,5

Qədir Hüseynov – Robert Markus - 0,5:0,5

Vasif Durarbəyli – İvan İvanişeviç - 0,5:0,5