Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadası davam edir.
Offsideplus.az xəbər verir ki, bu gün 5-ci turun görüşləri baş tutub.
Azərbaycanın kişi və qadınlardan ibarət milliləri də növbəti görüşlərinə çıxıblar. Ötən gün Türkiyə qarşısında heç-heçə edən kişilərdən ibarət milli Kuba ilə üz-üzə gəlib və ilk məğlubiyyətini alıb.
Məğlubedilməz olan qadınlardan ibarət yığmamız isə güclü Ukraynanın məğlub etməyə çalışsa da buna nail ola bilməyib. Bu görüş heç-heçə başa çatıb.
Ümumdünya Şahmat Olimpiadası
5-ci tur
2 avqust
Azərbaycan – Kuba 1,5:2,5
Şəhriyar Məmmədyarov – Yasser Kezada Peres – 1:0
Rauf Məmmədov – Karlos Albornos Kabrera – 0:1
Vasif Durarbəyli – Luis Ernesto Kezada Peres – 0:1
Nicat Abbasov – Omar Almeyda Kintana – 0,5:0,5
Ukrayna – Azərbaycan 2:2
Mariya Muzıçuk – Günay Məmmədzadə – 1:0
Anna Muzıçuk – Gövhər Beydullayeva – 0,5:0,5
Anna Uşenina – Gülnar Məmmədova – 0,5:05
Nataliya Buksa – Ülviyyə Fətəliyeva – 0:1