Azərbaycan cüdoçusu Səid Mollayi (81 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran Pridə final qarşılaşmasına çıxıb.
Offsideplus.az xəbər verir ki, o, həlledici qarşılaşmada fransalı Alfa Umar Calo ilə üz-üzə gəlib. Mollayi rəqibinə uduzaraq gümüş medalla kifayətlənib.
Qeyd edək ki, yarışın ilk günündə 66 kq-dakı Yaşar Nəcəfov qızıl medal qazanıb. Azərbaycan Qran Pridə 14 cüdoçu ilə təmsil olunur.