Azərbaycan cüdoçusu Səid Mollayi Macarıstanın paytaxtı Budapeşt şəhərindəki Böyük Dəbilqədə final görüşünə çıxıb.

Offsideplus.az xəbər verir ki, idmançımız həlledici görüşdə braziliyalı Gilyerme Şmidtlə üz-üzə gəlib. Mollayi qızıl xal bölümündə üçüncü dəfə xəbərdarlıq aldığı üçün məğlub olub.

Beləliklə, Azərbaycan yığması günü 3 medalla başa vurub. Bundan əvvəl Hidayət Heydərov qızıl, Rüstəm Orucov bürünc medal qazanıb.