Bu gün 3 cüdoçumuz İsrailin paytaxtı Təl-Əvivdə start götürəcək Böyük Dəbilqədə mübarizəyə başlayacaq.
Offsideplus.az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən Kəramət Hüseynov 1/8 finalda Braziliya təmsilçisi Rayan Konseysao ilə qarşılaşacaq.
Eyni çəkidəki Balabəy Ağayev Matan Kokolayev (İsrail) - Xulio Delqado (Kuba) cütünün qalibi ilə görüşəcək.
66 kq-dakı Yaşar Nəcəfov isə 1/16 finalda Ukraynadan olan Yevgeni Qonçarkonun müqavimətini qırmağa çalışacaq.
Qeyd edək ki, 34 ölkədən ümumilikdə 298 (165 kişi, 133 qadın) cüdoçunun qatıldığı Böyük Dəbilqəyə fevralın 19-da yekun vurulacaq. Son məlumata əsasən, Azərbaycanı yarışda ümumilikdə 10 kişi cüdoçu təmsil etməli idi. Lakin onlardan Rüstəm Orucov (73 kq) koronavirusa yoluxduğu üçün yarışa buraxılmayacaq.
60 kq
1/8 final. Kəramət Hüseynov - Rayan Konseysao (Braziliya)
1/4 final. Kəramət Hüseynov - Sumiyabazar Enhtayvan (Monqolustan)
1/8 final. Balabəy Ağayev - Matan Kokolayev (İsrail)
1/4 final. Balabəy Ağayev - Tsogt Byambajav (Monqolustan)
66 kq
1/16 final. Yaşar Nəcəfov - Yevgeni Qonçarko (Ukrayna)
1/8 final. Yaşar Nəcəfov - Eylon Barşeşet (İsrail)
1/4 final. Yaşar Nəcəfov - Martin Qaytero (İspaniya)