Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarının cüdo yarışlarında fərdi mübarizələr başa çatıb.

Offsideplus.az xəbər verir ki, 60 kq çəkidə Azərbaycanın iki təmsilçisi Əhməd Yusifov və Rövşən Əliyev qızıl medal uğrunda qarşılaşmada bir-birinə rəqib olub.

Qarşılaşmanın taleyi qızıl xalla həll olunub. Rövşən Əliyev cərimə xalları hesabına qalib gələrək, çempion olub. Yusif isə gümüş medal qazanıb.

Qızların yarışında 52 kq çəki dərəcəsində yer alan Səbinə Əliyeva həlledici qarşılaşmada belaruslu Anna Burakovaya rəqib olub. Görüş cüdoçumuzun qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu gün mübarizə aparan oğlan cüdoçulardan Elçin Hüseynov (66 kq), Murad Fətiyev (81 kq) və Camal Feyziyev (+100 kq), qızlardan isə Şəfəq Həmidova (48 kq) bürünc medal qazanıb. Beləliliklə Azərbaycan komandası I MDB Oyunlarının fərdi cüdo yarışlarını 2 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurub.