Samboçumuz Toğrul Salmanov Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşünə çıxıb.

Offsideplus.az xəbər verir ki, 98 kq-dan yuxarı çəkidə mübarizə aparan idmançı özbəkistanlı Ruslan Rüstəmovla görüşüb.

Rəqibinə 1:0 hesabı ilə qalib gələn Salmanov qızıl medala sahib olub.

Qeyd edək ki, daha öncə 58 kq çəki dərəcəsində çıxış edən Nicat Məmmədli finalda rusiyalı Nikolay Lukyançuku, 64 kq-da mübarizə aparan Elvin Bağırov isə özbəkistanlı Şahriyorbek Mamatkulovu məğlub edərək qızıl medal qazanıblar.