Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında bu gün Azərbaycan idmançıları 7 idman növü üzrə mübarizə aparacaq.

Offsideplus.az xəbər verir ki, stolüstü tennis, güllə atıcılığı, sambo, badminton və futzal növlərində ölkə təmsilçiləri ilk dəfə səhnəyə çıxacaqlar.

Stolüstü tennisçilər qrup mərhələsində 3 görüş keçirəcəklər.

Güllə atıcısı Xanna Əliyeva qızlar arasında 10 m məsafəyə pnevmatik tapançadan atəş açma yarışına qatılacaq. O, təsnifat mərhələsindən keçəcəyi təqdirdə, bu gün finalda da iştirak edəcək.

Eyni zamanda Azərbaycanın 7 samboçusu mübarizə aparacaq.

Badminton növündə komandalar qrup mərhələsinin görüşlərini keçirəcəklər.

Azərbaycanın futzal yığması isə Belarusla qrup mərhələsinin oyununda üz-üzə gələcək.

Stend atıcısı Cavid Həsənov dairəvi stenddə çıxışlarını davam etdirəcək. O, təsnifat mərhələsinin yekununda finala vəsiqə qazansa, elə bu gün həlledici qarşılaşmada iştirak edəcək.

Tayboksda isə Əli Əliyev (60 kq), Məhər Əsədzadə (63,5 kq) və Rəvan Ağazadənin (67 kq) iştirakı ilə yarımfinal görüşləri olacaq.

I MDB Oyunları
7 sentyabr
Stend atıcılığı

Keçirilmə yeri: "Sviyaqa" Stend Atıcılığı Kompleksi
Cavid Həsənov
10:00 - 12:00. Təsnifat mərhələsi

15:30 - 16:00. Final

Stolüstü tennis
Keçirilmə yeri: "Boks və stolüstü tennis Mərkəzi" İdman Kompleksi
Qrup mərhələsi
Komanda yarışları
11:00. I tur. Azərbaycan - Rusiya
16:00. II tur. Azərbaycan - Qırğızıstan
19:00. III tur. Azərbaycan - Ermənistan

Güllə atıcılığı
Keçirilmə yeri: "Dinamo" İdman Mərkəzi
10 m məsafəyə pnevmatik tapançadan atəş – qızlar
Xanna Əliyeva
11:00 - 12:15. Təsnifat mərhələsi

13:15 - 14:00. Final

Sambo
Keçirilmə yeri: "Ak Bars" Döyüş Növləri Sarayı
Təsnifat mərhələsi
11:00 - 15:00

58 kq
1/4 final. Nicat Məmmədli - Vadim Petruçik (Belarus)

64 kq
1/2 final. Elvin Bağırov

71 kq
1/4 final. Kamran Qasımov - Beksultan Duysenov (Qazaxıstan)

79 kq
1/4 final. Ağani Məmmədov - Xudoyor İbroyimov (Özbəkistan)

88 kq
1/4 final. Adil Adilzadə - Nikita Besman (Belarus)

98 kq
1/4 final. Rəsul Aydəmirov - Alımbek Adil Uulu (Qırğızıstan)

+98 kq
1/4 final. Toğrul Salmanov - Daniel Ursu (Moldova)

Final
15:00 - 17:00

Badminton
Keçirilmə yeri: "Badminton Mərkəzi" Universal İdman Mərkəzi
Komanda yarışları
Qrup mərhələsi
11:30. I tur. Azərbaycan - Belarus
17:30. II tur. Azərbaycan - Özbəkistan
20:30. III tur. Azərbaycan - Ermənistan

Futzal
Keçirilmə yeri: "Miras" İdman Təlim Mərkəzi
Qrup mərhələsi
14:00 - 16:00. Azərbaycan – Belarus

Tayboks
Keçirilmə yeri: "Tulpar" Universal İdman Kompleksi
1/2 final
16:00 - 21:00
60 kq. Əli Əliyev - Daniil Yermolenko (Belarus)
63,5 kq. Məhər Əsədzadə - Saveliy Doroqavtsev (Rusiya)
67 kq. Rəvan Ağazadə - Rəhimjon Boltaboyev (Özbəkistan)