Daha iki yunan-Roma güləşçimiz Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında növbəti görüşlərini keçirib.
Offsideplus.az xəbər verir ki, 87 kq çəki dərəcəsindəki Laçın Vəliyev bürünc medal uğrunda görüşdə Şəhriyar Juraboyevə (Özbəkistan) 3:1 hesabı ilə qalib gələrək 3-cü yerə sahib olub.
72 kq-da yarışan Qurban Qurbanov finalda rusiyalı Dmitri Adamova 0:8 hesabı ilə uduzaraq "gümüş"lə kifayətlənib.