Rusiyanın Orenburq şəhərində cüdo üzrə Avropa kuboku keçirilib.

Offsideplus.az-ın məlumatına görə, 14 ölkədən 200-ə yaxın cüdoçunun iştirakı ilə keçirilən turnirin ikinci günü Azərbaycan təmsilçisi komandanın üzvü aktivinə daha bir medal yazdırıb. Belə ki, təmsilçilərimizdən İmran Yusifov (100 kiloqramdan yuxarı) üçüncü yeri tutub.

Avqustun 7-də start götürən yarışda Azərbaycan komandasının cüdoçuları Əhməd Yusifov, Rövşən Əliyev, (hər ikisi 60 kq), Yaşar Nəcəfov, Elçin Hüseynov (hər ikisi 66 kq), Nurlan Osmanov (73 kq), Adil Kərimli (100 kq), İmran Yusifov və Camal Feyziev də (hər ikisi 100 kiloqramdan yuxarı) mübarizə aparıblar.

Yarışın birinci günündə Nurlan Osmanov (73 kq) gümüş medal qazanıb. Azərbaycanın cüdo komandası bununla yarışı iki medalla başa vurub.